Kəlbalıyev Səyavuş Hümbət oğlu – 1987-ci il oktyabr ayının 16-da Cəbrayıl rayonunun Horovlu kəndində andan olub.
İlk təhsilini Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində fəaliyyət göstərən Şuşa şəhər 6 saylı tam orta məktəbində almış Səyavuş 2005-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub.
2009-cu ildə Hərbi Məktəbi bitirdikdən sonra Respublikanın müxtəlif bölgələrində hərbiçi kimi xidmətini davam etdirmişdir. Cəbrayıl-Beyləqan rayonu üzrə kəşfiyyat idarəsinin rəisi idi.
Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda gedən İkinci Qarabağ savaşında mayor Kəlbalıyev Səyavuş Hümbət oğlu 29 sentyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətindəki döyüşlərdə böyük qəhrəmanlıq göstərərək həlak olmuşdur.
Peşəkar hərbiçi idi.
Sabunçu rayonu Bakıxanov qəsəbəsindəki Şəhidlər məzarlığında dəfn edilmişdir.
Ailəli idi, iki övladı yadigar qalıb.
Mayor Səyavuş Kəlbalıyev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.