Şakir Salahov

Şakir Salahov

Salahov Şakir Şamil oğlu 15 iyun 1966-cı ildə Xocalı rayonunun Cəmilli kəndində anadan olmuşdur. 1981-ci ildə Cəmilli kənd orta məktəbini bitirmişdir. 1984-cü ildə hərbi xidmətə çağırılır. 1986-cı ildə xidmətini başa vurur və Xankəndi Daxili İşlər Şöbəsinə işə qəbul olunur.

Qarabağ müharibəsinin cəsur döyüşçüsü ilk günlərdən erməni yaraqlılarının hücumlarının qarşısını məharətlə alırdı. 1991-ci il 26 fevral ermənilər Cəmilli kəndinə hücum edəndə Şakir xeyli sayda qulduru məhv etmişdi. 1991-ci il 23 avqust erməni quldurları Kosalar-Cəmilli kəndləri arasındakı “Darlı” adlanan yerdə “UAZ” markalı maşını atəşə tutdular. Bu hadisə zamanı üç nəfər şəhid oldu. Erməni quldurlarını taparaq məhv edən Şakir şəhidlərin qanını yerdə qoymadı. 1992-ci il 28 yanvar Ağdam Şuşa istiqamətində uçan vertolyot ermənilər tərəfindən vuruldu, ermənilərə əsir düşməmək üçün vertolyotdan hərkəs özünü ataraq həlak edirdi, onların arasında Şakir Salahov da var idi.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Salahov Şakir Şamil oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Bərdə şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.