Samid Əsgərov

Samid Əsgərov

(12 oktyabr 1989; Neftçala rayonu – 3 oktyabr 2020; Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsin şəhidi.

Samid Əsgərov 1989-cu il oktyabrın 12-də Neftçala rayonunun Boyat kəndində anadan olub. Cavid adında özündən kiçik bir qardaşı var.

1996-cı ildə Neftçala rayonu Bəhruz Həşimov adına Boyat kənd tam orta məktəbinə daxil olmuşdur. 1999-cu ilə qədər həmin məktəbdə təhsil almış və sonra 1999-cu ildən 2005-ci ilə qədər təhsilini Neftçala rayonu Elton Həbibov adına 4 saylı orta məktəbdə davam etdirmişdir. 2005-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olmuşdur. 2008-ci ildə həmin liseyi bitirmiş Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2012-ci ildə həmin məktəbi qoşun kəşfiyyatı ixtisası üzrə bitirmişdir.

Samid Əsgərov 2015-ci ilin yanvarın 17-si dayısı qızı Nübar xanım ilə ailə həyatı qurmuşdur. Bu nigahdan onların Kənan (2018) adlı oğlu dünyaya gəlir.

25.07.2012-ci il tarixədək fəaliyyət göstərən qoşun kəşfiyyatı taqım komandiri zabit ixtisas kursunu bitirmişdir və polkovnik Fikrət İbrahim-Zadə və polkovnik Saleh Kələntərov tərəfindən sertifikata layiq görülmüşdür.

Məktəbi bitirdikdə “Leytenant” hərbi rütbəsi verilmiş və 2012-ci ilin iyul ayının 26-da 29.07.2013-cü il tarixdən 12.03.2014-cü il tarixədək N saylı hərbi hissənin 4-cü motoatıcı taborunun qərargah bölüyünün kəşfiyyat taqım komandiri, 12.03.2014-cü il tarixdən 21.01.2016-cı il tarixinədək N saylı hərbi hissənin 1-ci motoatıcı taborunun kəşfiyyat taqım komandiri, 21.01.2016-ci il tarixindən 26.07.2019-cu il tarixədək N saylı hərbi hissənin kəşfiyyat bölüyünün bölük komandiri, 27.07.2019-cu il tarixdən N saylı hərbi hissədə kəşfiyyat bölmə rəisinin kəşfiyyatın planlaşdırılması üzrə köməkçisi vəzifəsinə təyin olunmuşdur. Oxuduğu və işlədiyi müddətdə müxtəlif diplom və sertifikatlarla təltif olunmuşdur.

24 iyun 2013-cü il tarixli 098t №-li əmri ilə Azərbaycan Respublikasının Prezidenti adından Azərbaycan Respublikasının Müdafiə naziri tərəfindən “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı ilə təltif olunmuşdur.

26 iyun 2018-ci il 0164t № -li əmri ilə Azərbaycan Respublikasının Prezidenti adından Azərbaycan Respublikasının

Müdafiə naziri tərəfindən “Azərbaycan ordusunun 100 illiyi” Yubiley medalı ilə təltif olunmuşdur.

26 iyun 2019 il tarixli 0151t №-li əmri ilə “Qüsursuz Xidmətə Görə” Azərbaycan Respublikasının Prezidenti adından, Azərbaycanan Respublikasının Müdafiə naziri tərəfindən 3-cü dərəcəli medalla təltif olunmuşdur.

Təməl Xüsusi Təyinatlı kursu bitirdiyinə görə 26 sentyabr 2014-cu ildə Xüsusi təyinatlı qüvvələrin komandanı general-mayor,

Hikmət Mirzəyev, Tədris Mərkəzinin rəisi polkovnik Vaqif Salehov tərəfindən sertifikata layiq görülüb.

26 iyun 2018-ci ildə Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibəti ilə Hərbi hissədə keçirilən futbol turnirində,

ən yaxşı komandanı hazırladığına görə n saylı hərbi hissə komandiri polkovnik-leytenant Ədalət Hacıyev tərəfindən fəxri fərmanla təltif olumuşdur.

31 may 2019-cu il Kəşfiyyat bölmələri ilə keçirilən dağ hazırlığı üzrə toplanışda yüksək nəticələr göstərdiyinə görə general-mayor Hikmət Həsənov tərəfindən fəxri fərmanla təltif olunmuşdur.

“Azərbaycan Silahlı Qüvvələrinin
95 illiyi” yubiley medalı
“Azərbaycan Ordusunun
100 illiyi” yubiley medalı
“Qüsursuz xidmətə görə” III
dərəcəli medalı
“Vətən uğrunda” medalı”“Füzulinin
azad olunmasına görə”
20132018201920202020