Şamil Rəcəbov

Şamil Rəcəbov

(4 oktyabr 1970-ci il; Ağdam rayonu, Kosalar kəndi — 1994-cü il, aprelin 18-də Ağdamın Qərvənd kəndi) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Rəcəbov Şamil Kamil oğlu 4 oktyabr 1970-ci ildə Ağdamda anadan olub. 1977-1988-ci illərdə Ağdam şəhər 5 saylı orta məktəbində təhsil alıb. 1989-1991-ci illərdə Rusiyanın Xabarovski vilayətində hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurub Vətənə qayıdan Şamil Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüaftı İnstitutuna (indiki UNEC) daxil olub. Qiyabi təhsil alan Şamil Bakı neft emalı zavodunda çalışıb.

Ermənilər Ağdam şəhərini işğal etdikdə, könüllü döyüşə yollanıb. 1994-cü il, aprelin 18-də Ağdamın Qərvənd kəndində gedən qanlı döyüşlərdə qəhrəmanlıqla şəhid olub.

Bakıdakı II Şəhidlər Xiyabanında dəfn olunub.