Vasif Məhərrəmov

Vasif Məhərrəmov

(10 fevral 1989; Milabad, Beyləqan rayonu – 1 yanvar 2021; Qubadlı rayonu,) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin iştirakçısı.

Vasif Məhərrəmov 10 fevral 1989-cu ildə Beyləqan rayonunun Milabad kəndində anadan olub.

Azərbaycan Ordusunun giziri olan Vasif Məhərrəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və fərqlənib.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Vasif Məhərrəmov “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vasif Məhərrəmov “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vasif Məhərrəmov “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildi.

Vasif Məhərrəmov 2021-ci il yanvarın 1-də Qubadlı rayonu ərazisində minaya düşməsi nəticəsində şəhid olub.

“Cəbrayılın azad olunmasına görə” medalı“Füzulinin azad olunmasına görə” medalı“Qubadlının azad olunmasına görə” medalı
24.12.202025.12.202029.12.2020