(17 oktyabr 2001, Bakı şəhəri – 22 oktyabr 2020; Füzuli şəhəri) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 2-ci Qarabağ müharibəsinin şəhidi.
Vüsal İsmayılzadə 2001-ci il oktyabr ayının 17-də Bakı şəhəri Buzovna qəsəbəsində anadan olub. 2007-2018-ci illərdə Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən 322 nömrəli tam orta məktəbdə təhsil alıb.
2018-ci ildə orta məktəbi bitirdikdən sonra 2019-cu ilin oktyabrın 23-ü Hərbi Komissarlığa çağırılır.
Sentyabr ayının 27-də Vətən müharibəsi başlayanda Vüsal İsmayılzadə əsgər yoldaşları ilə birlikdə əvvəlcə Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunmasında azad edilməsində böyük şücaət və qəhrəmanlıq göstərir. Onun döyüşlərdə necə mətinliklə vuruşduğu, göstərdiyi rəşadəti haqqında komandiri və əsgər yoldaşları ağız dolusu danışırlar. Oktyabrın 22-də Füzuli istiqamətində gedən döyüşlərə qatılırlar və əsgər yoldaşları ilə raket atəşinə tutulurlar. Əsgər yoldaşları ilə birgə Vüsalda yaralanır. Yaralıları aparmağa maşın gələndə Vüsal əsgər yoldaşlarının maşına mindirilməsində köməklik göstərir. Ona özünün də minməsini də təklif etsələr də o onun daha çox yardıma ehtiyacı var deyərək öz yerinə digər əsgəri mindirir və növbəti kömək üçün maşının gəlməsini, yaralı dostlarını tək qoymamağı seçir. Yaralı halda çoxlu qan itirdiyindən Vüsal növbəti maşınla hərbi hospitala çatdırılanadək Şəhidlik zirvəsinə ucalır. 22 oktyabr 2020-ci ildə doğulduğu Buzovna qəsəbəsində dəfn olunub. Azərbaycan nın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 15 dekabr 2020-ci il tarixli sərənacamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edildi.
“Vətən uğrunda” medalı (ölümündən sonra) |
15.12.2020 |