(1 may 1991; Kortala, Balakən rayonu – 16 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Xəqani Nəsibov 1991-ci il mayın 1-də Balakən rayonunun Kortala kəndində anadan olub.
1997-2008-ci illərdə Q.Nağıyev adına Kortala kənd tam orta məktəbində təhsil alıb.
Qardaşı Ədalət Nəsibov 1993-cü ildə Birinci Qarabağ müharibəsində Kəlbəcər döyüşləri zamanı şəhid olub.
Subay idi.
Xəqani Nəsibov 2011-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Xəqani Nəsibov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Döyüşlər zamanı bir neçə yaralı döyüş yoldaşına ilk tibbi yardım göstərib.
Xəqani Nəsibov oktyabrın 16-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Balakən rayonunun Kortala kəndində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəqani Nəsibov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.
(15.12.2020) — “Vətən uğrunda” medalı (ölümündən sonra)