Xaləddin Cəlilov

Xaləddin Cəlilov

(13 aprel 2002; Ağstafa rayonu – 30 sentyabr 2020; Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Xaləddin Cəlilov 2002-ci il aprelin 13-də Ağstafa rayonunun Yenigün kəndində anadan olub. 2008-2016-cı illərdə E. Mustafayev adına Yenigün kənd tam orta məktəbində, 2016-2019-cu illərdə isə Ağstafa şəhərində A. Abdullayev adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb.

Subay idi.

Azərbaycan Ordusunun əsgəri olan Xaləddin Cəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Xaləddin Cəlilov sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub. Ağstafa rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaləddin Cəlilov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaləddin Cəlilov ölümündən sonra “Cəsur döyüşçü” medalı ilə təltif edildi.

“Vətən uğrunda” medalı
(ölümündən sonra)
“Cəsur döyüşçü” medalı
(ölümündən sonra)
15.12.202018.12.2020