Ruslan Bayramov

Ruslan Bayramov

(5 oktyabr 1995-ci il, Quba rayonu, Əlibəyqışlaq kəndi – 24 oktyabr 2020-ci il, Şuşa rayonu) – Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyyatçı baş leytenantı, Vətən müharibəsinin şəhidi.

Ruslan Azər oğlu Bayramov 5 oktyabr 1995-ci ildə Quba rayonunun Əlibəyqışlaq kəndində anadan olub. Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil aldıqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olaraq oranı bitirib. Azərbaycan Ordusunda kəşfiyyatçı olan o 27 sentyabrda başlayan Vətən müharibəsində könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşlərə qatılıb. Hadrutun və Xocavənd ətrafındakı yüksəkliklərin alınmasında iştirak edib. Döyüşlərin birində komandiri yaralandığından tağıma rəhbərlik edib. Göstərdiyi şücaətə görə elə döyüşdə baş leytenant rütbəsi alıb. Şuşanın alınması uğrunda döyüşlərdə snayper gülləsinə tuş gələrək şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

“Vətən uğrunda” medalı
(ölümündən sonra)