Ramin Zeynalov

Ramin Zeynalov

(1 aprel 2000; Ağdam rayonu Qiyaslı kəndi, Azərbaycan — 20 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Zeynalov Ramin Yasən oğlu 1 aprel 2000-ci ildə Ağdam rayonu, Qiyaslı kəndində anadan olmuşdur.

Ramin Qarabağda döyüşlər başladığı ilk günlərdən döyüşlərə qatılmış və torpaqların azad olunmasında bir çox qəhrəmanlıqlar göstərmişdir.

Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə 20 oktyabr 2020-ci ildə Kəlbəcər istiqamətində qəhrəmancasına şəhid olmuşdur.

Ramin Zeynalov əsgər yoldaşları ilə