Xudayar Yusifzadə

Xudayar Yusifzadə

(15 iyul 1998; Bərdə, Azərbaycan — 22 oktyabr 2020; Zəngilan rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının giziri, Vətən müharibəsinin şəhidi.

Xudayar Yusifzadə 1998-ci il iyulun 15-də Bərdə şəhərində anadan olub. Doğulduğu gündən 24 gün sonra Bərdənin tanınan qarmon ustalarından olan atasını (Müslüm Yusif oğlu) itirib. Yusifzadələr ailəsində 4 uşaq olublar — 3 qardaş və 1 bacı. Xudayar Yusifzadə ailənin son beşiyi olub. Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbini bitirib.

Subay idi.

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində müvəqqəti hərbi xidməti bitirdikdən sonra, Sərhəd Qoşunlarında gizir kimi həqiqi hərbi qulluğa başlayıb.

Tovuz döyüşlərindən sonra könüllü olaraq döyüşmək üçün müraciət etmişdir. Füzulinin azad olunmasından sonra oradakı yeni yaradılmış sərhəd-keçid məntəqəsində xidmətə başlamışdır. Kəlbəcər, Cəbrayıl, Zəngilan istiqamətində döyüşlərdə könüllü olaraq iştirak etmişdir.

Kəlbəcər rayonu istiqamətində, Murovdağ yüksəklikləri uğrunda döyüşlərdə iştirak edib. Bir müddət sonra Füzuli, Cəbrayıl, Zəngilan istiqamətində döyüşlərdə vuruşub. Zəngilanın Ağbənd kəndinin azad olunmasında şücaət göstərmiş və orada yaralanmasına baxmayaraq düşməni məhv etmişdir. Aldığı ağır yaradan sonra şəhid olmuşdur. Bərdə Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xudayar Yusifzadə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin və döyüş texniкasının məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xudayar Yusifzadə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edildi.

Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Alim Şükürov ölümündən sonra “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edildi.

Döyüşlərdən iki gün öncə Əliağa Vahidin sözlərinə yazılmış “Vətən yaxşıdır” mahnısını oxuyarkən döyüş yoldaşları ilə özünü videoya almışdır. Həmin video sosial şəbəkələrdə trendə çevrilmişdir.

2020-ci ildə heykəltəraş Jalə Əliyeva tərəfindən büstü hazırlanmışdır. 2021-ci ildə isə heykəltəraş Teymur Qəribov tərəfindən büstü hazırlanmışdır.

(15.12.2020) — “Vətən uğrunda” medalı (ölümündən sonra)
(15.12.2020) — “Azərbaycan Bayrağı” ordeni (ölümündən sonra)
(25.12.2020) — “Zəngilanın azad olunmasına görə” medalı (ölümündən sonra)