Zamin Balakişiyev

Zamin Balakişiyev

(2001-ci il, Sabirabad rayonu, Qaralar kəndi, Azərbaycan — 7 mart 2021; Bakı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Zamin Balakişiyev 2001-ci ildə Sabirabad rayonunun Qaralar kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Zamin Balakişiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində savaşıb. Zamin Balakişiyev oktyabrın 8-də ağır yaralanıb və tibb müəssisəsinə yerləşdirilib. 5 ay komada qalan Zamin Balakişiyev mart ayının 7-də müalicə olunduğu hospitalda vəfat edib. Anadan olduğu Sabirabad rayonunun Qaralar kəndində dəfn edilib. Dəfn mərasimində şəhidin yaxınları, rayon ictimaiyyətinin nümayəndələri və rayon sakinləri iştirak edib.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Zamin Balakişiyev “Laçının azad olunmasına görə” medalı ilə təltif edildi.

Zamin Balakişiyev 2021-ci il martın 7-də müalicə aldığı tibb müəssisəsində şəhid olub. Zamin Balakişiyev martın 8-də Sabirabad rayonunda dəfn olunub.

Şəhidimiz nişanlı olub.

“Laçının azad olunmasına görə” medalı“Vətən uğrunda” medalı (ölümündən sonra)“Suqovuşanın azad olunmasına görə” medalı (ölümündən sonra)
29.12.202024.06.202105.11.2021