Ələkbər Musayev

Ələkbər Musayev

(16 iyun 1999; Cəlilabad rayonu – 27 sentyabr 2020; Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Ələkbər Musayev 1999-cu il iyunun 16-da Cəlilabad rayonunun Mollalı kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Ələkbər Musayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ələkbər Musayev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub.

Onun nəşi uzun müddət tapıla bilməyib. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itgin düşən hərbi qulluqçu hesab olunub. 2021-ci il aprelin 27-də nəşi tapılıb.

Vətən müharibəsində, döyüşlərin ilk günlərindən itkin düşən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) Ələkbər Əlövsət oğlu Musayevin torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu təsdiqlənib.Şəhidin nəşi Cəlilabad rayonunun Mollalı kəndinə gətirilərək kənd qəbiristanlığında torpağa tapşırılıb.