Əlimərdan Quluzadə

Əlimərdan Quluzadə

(14 fevral 1993; Masallı rayonu — 6 oktyabr 2020; Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsinin şəhidi.

Əlimərdan Quluzadə 1993-cü il fevralın 14-də Masallı rayonunun Birinci Yeddioymaq kəndində anadan olub.

O, 2009-cu ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə, 2011-ci ildə isə Heydər Əliyev adına hərbi akademiyaya daxil olmuşdur. 2015-ci ildə leytenant, 2018-ci ildə baş leytenant hərbi rütbəsini almışdır. 2016-cı il Aprel döyüşlərində iştirak etmişdir.

Azərbaycan Ordusunun baş leytenantı olan Əlimərdan Quluzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əlimərdan Quluzadə oktyabrın 6-da Füzuli döyüşləri zamanı şəhid olub. Masallı rayonunun Birinci Yeddioymaq kəndində dəfn olunub.

Şəhidimizin 2 qız övladı yadihar qalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlimərdan Quluzadə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlimərdan Quluzadə ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi.

https://www.youtube.com/watch?v=nbqE40iKwL0
“Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı“Vətən uğrunda” medalı (ölümündən sonra)“Cəbrayılın azad olunmasına görə” medalı (ölümündən sonra)
201815.12.202024.12.2020