Şamil Ramazanov

Şamil Ramazanov

19 yanvar 1976-cı ildə Ağsu rayonunun Rəhimli kəndində anadan olmuşdur. 1983-1993-cü illərdə burada orta məktəbdə təhsil almışdır. 19 mart 1994-cü ildə Ağsu rayonunda hərbi xidmətə çağırılır. Gəncə şəhərindəki “N” saylı hərbi hissədə təlim keçən Şamil komandirlərin verdiyi tapşırıqları layiqincə yerinə yetirir, tez bir zamanda bütün silahlardan istifadə etməyi öyrənmişdi. 1995-ci il məlum 13-17 mart hadisələri baş verdi, silahlı dəstənin zərərsizləşdirilməsi zamanı cəsur əsgər qəhrəmancasına həlak oldu.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Ramazanov Şamil Ağasəf oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Ağsu rayonunun Rəhimli kəndində dəfn edilmişdir.

Ağsu rayonunun mərkəzi Kinoteatrı qəhrəmanımızın adını daşıyır.