Teymur Kərimov 1970-ci il noyabrın 16-da Quzanlı kəndində anadan olub.1987-ci ildə kənd orta məktəbini,1990 -cı ildə isə Xındırıstan texniki peşə məktəbini bitirib,sürücülük vəsiqəsi alıb. Həmin ildə sovet ordusu sıralarına çağrılıb,ikiillik hərbi xidmətini Ukraynada başa vurandan sonra doğulduğu kəndə qayıdıb.
Bu vaxt cəbhədə döyüşlərin qızğın çağı,ordumuzun Ağdərə və Ağdam istiqamətlərində irəlilədiyi günlər idi.Bir yandan bu,bir yandan da üç-dörd ay əvvəl itkin düşən qardaşı Firdovsinin dərdi Teymuru rahat buraxmadı. Əsgərlikdən qayıdandan cəmi bir neçə həftə sonra Teymur könüllü olaraq milli orduya yazıldı.
Döyüş yolu Ağdərə istiqamətindən başlanan Teymur Canyataq, Gülyataq,Qazançı,Mehmanə kəndlərinin azad olunmasında iştirak edir,Canyataq və Gülyataq dağlarından dəfələrlə əldən-ələ keçdiyi qanlı döyüşlərdə böyük fədakarlıq göstərib.
1992-ci il avqustun 20-də də Gülyataq yüksəkliyi uğrunda gedən növbəti döyüşlərdən birində düşmən düşmən gülləsi Teymurun həyatına son qoydu.