Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda canından keçən qəhrəman Vətən övladlarından biri də Hüseynov Ruslan Vəli oğludur.
Əslən Cəbrayıl rayonundan olan Ruslan Hüseynov 10.05.1988-ci ildə Beyləqan rayonu Bahar qəsəbəsində anadan olmuşdur.
2007-ci ildə həqiqi hərbi xidmətə yollanır, hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət etməyə qərar verir və kəşfiyyatçı kimi hərbi xidmətini davam etdirir.
2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olur. 2020-ci il noyabr ayının 1- də Ruslan Hüseynov Xocavənd və Şuşaya gedən qırmızı bazar deyilən istiqamətdə qəhrəmancasına döyüşərək şəhid olur.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə “Vətən uğrunda”, “Xocavəndin və Füzulinin azad olunması” medalları ilə təltif edilmişdir.
Ruslan Hüseynov doğulub boya-başa çatdığı Beyləqan rayonu Bahar qəsəbəsində dəfn edilmişdir.
İgid əsgər, Şəhadətin mübarək! Ruhunuz qarşısında baş əyirik!
Allahdan bütün Şəhidlərimizə rəhmət diləyirik, nur içində yatın!