(10 iyun 2000; Yuxarı Qiyaməddinli, Ağcabədi rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin qazisi.
Qasımov Rauf Teymur oğlu 10 iyun 2000-ci ildə Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində anadan olub. Ailə vəziyyəti ilə əlaqədar bir müddət bu kənddə, sonra Ağdamın Baharlı qəsəbəsində yaşayıb və təhsil alıb.
18 yaşında hərbi xidmətə yollanıb. Cəlilabadda, Qobustanda, Zaqatalada xidmət edib. Sonra Sərhəd Qoşunlarında gizir rütbəsi ilə xidmət edib. Qoşqar dağında təlim keçib.
27 sentyabr 2020-ci ildən başlayan Vətən müharibəsinə Murovdağ döyüşləri ilə başlayıb. Hadrut, Füzuli və Cəbrayıla qədər döyüş yolu keçib.
10 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində ermənilər SPAYK raketi ilə onların kolonunu atəşə tutub və nəticədə 20-dən çox hərbçidən 3-4 hərbçi sağ qalıb. Həmin qazilərdən biri də Rauf idi. Can dostu bildiyi döyüş yoldaşı Əkbər Mustafayev gözünün önündə həlak olmuş, bir hərbçinin başı onun çiyninə qopub düşmüşdü.
Nəticədə Raufun gözü əməliyyat olunur, o, həyata qaytarılır. Onun döyüş meydanından çıxarılması üçün ayrıca döyüş olur. Qazimiz Raufun gözündəki qəlpələr hələ də var və İsrailli həkimlər ona protez göz veriblər.
Qazi Rauf Qasımov “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
“Xocavəndin azad olunmasına görə” medalı |