Malik Cəbiyev

Malik Cəbiyev

(19 yanvar 1981-ci il, Culfa rayonun Bənəniyar kəndi) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi qazisi.

Cabiyev Malik Əjdər oğlu, 1981-ci ilin yanvar ayının 19-da Culfa rayonun Bənəniyar kəndində anadan olmuşdur.1999-cu ilin iyul ayında həqiqi hərbi xidmətə getmişdir. 2001-ci ilin yanvar ayında həqiqi hərbi xidməti bitirmiş, 2002-ci ilin sentyabr ayının 15-də silahlı qüvvələrin Təlim və Tədris mərkəzinin «gizir hazırlıq kursuna qəbul olunmuşdur. 9 fevral 2018-ci il tarixden N saylı hərbi hissəyə xüsusi təyinatlı bölüyün başçavuşu vəzifəsinə təyin olunmuşdur.

Malik Cəbiyevin Şuşa qalasını ələ keçirmək üçün çəkilən əziyyətləri misilsiz olub. Düşmənin tanklarını, BMP-lərini məhv edib. Şuşa məscidinə dostları ilə birlikdə xalçaları öz əlləri ilə düzüb və namaz qılmaq arzusunu həyata keçirib. Malik Cəbiyevə atılan güllə cibindəki telefonu deşib, şükür Allaha ki, hərbiçimizə zərər dəyməyib, Cəbiyev deyir ki, Şuşanı cirmaqlayaraq, əllərimizlə almışıq. Allah Ali baş Komandanımızı və bütün Hərbiçilərimizi qorusun.

Malik Şuşadan qayıdandan sonra Beyləqan şəhərinə gətirildi. 15 noyabrda onun görüşünə getdik. Söhbət zamanı onun İkinci Qarabağ müharibəsində keçdiyi şərəfli yolu bizə anlatmağını xahiş etdik. Qəhrəman oğlumuz Şuşanı yoldaşları ilə birlikdə necə xilas etdiklərini anlatmağa başladı:

2020-ci ilin oktaybr ayının 17-də Culfa rayonundan Naxçıvanda Heyder Əliyev adına hava limanına gəldik. Günün ikinci yarısında Bakı beynəlxalq hava limanına çatdıq. Həmin gece «N» saylı hərbi hissədə qaldıq. Oktyabrın 18-də saat 08:00 radələrində Bakı-Saatlı -Beylaqan marşurutu ilə marş keçirildi. 15:00`da Füzuli rayonunun Dünyamalılar kəndinə çatib döyüş tapşırıqlarının yerinə yetirmək üçün hazırlıqlara başladıq.19 oktyabr tarixində “N” saylı XTB tərkibinə verildim. Günün ikinci yarısında Hadrut yaşayış məntəqəsinə hərəkət etdik ve Qırmızıqaya kəndinin yaxınlığında yüksəkliklərdə yerləşdik. Axşam tərəfi kəndə girdik ve düşməndən təmizlədik. 20 oktyabrda Tuğ kəndinə girdik və düşməndən təmizlədik.Ayın 21-de Azak yaşayış məntəqəsini ve adsız yüksəklikləri ələ keçirərək təminat-təxliyyə yollarını nəzarətə götürdük.22-de Köç yaşayış məntəqəsi istiqamətində hərəkət etdik ve kəndi düşməndən təmizlədik. Oktyabr ayının 23-də saat 06:00 radələrində Köç yaşayış məntəqəsindən yüksəkliyə hərəkət edib ələ keçirdik. Martuni-Qırmızı Bazar istiqamətində təminat yollarını nəzarətə götürdük.Oktyabrın 24-də Çanaqçı meşəsinə hərəkət etdik. 27-si Çanaqçı meşesindən Şuşa istiqamətinə hərəkətə başladıq Şuşa istiqamətində meşədə gecələdik. 29-u Daşaltı kəndinin üstündəki adsız yüksəkliyi ələ keçirdik ve orada tertibləndik. Oktyabrın 30-da Topxana meşəsinə çatdıq.Noyabrın 1-də Xocavənd-Şuşa istiqamətində sursat anbarı artilleriya vasitəsiylə vuruldu və partlayış baş verdi. Partlayış nəticəsində mərmilər ətrafa səpələndi deyə meşədə mövqeləndik. Ayın 2-də Laçın koridorunu nəzarətə götürdük və adsız yüksəkliklərdə yerləşən düşmən mövqelərini ələ keçirdik. Ayın 3-də səhərə yaxın Xankəndiylə Şuşa istiqamətində hərəkətə başladıq. Noyabrın 4-də günorta yüksəklikdə yerləşən komanda məntəqəsinin yaxınlığında yerləşdik və sonra hücum edərək Şuşa-xankendi yolunu nezaretə götürdük. Bu əməliyyatda MAHHXHQ esger Yüzbaşıyev İsmayıl Fezail oğlu şəhid oldu. Digər yoldaşlarıma bunu bildirmədim ki, onlar psixoloji zəifləməsindən. Bundan sonra ayın 5-də gecə saat 03:00 radələrində Şuşa şəhərinə hücuma başladıq. Şuşa türməsinin yanında düşmən pusqusuna düşdük, çox sayda yaralılarımız və 1 nəfər kiçik gizir Samir Mehdiyev şəhid oldu. İrəli gedəndə Samirin qalxmadığını gördük. Allah ona rəhmət eləsin. O qədər pis olduq ki, o çox ac, susuz idi. Elə deyirdi ki, “çatsaydıq bir tikə çörək yesəydik, su içsəydik.” Yazıq həqiqətən çox ac idi. Allah haqqı. Evin bir oğlu idi, o da şəhid oldu.Bir anlıq susur… Yenidən sözə başlayır: Buna baxmayaraq pusqudan çıxdıq və Şuşa qalası istiqamətində hücumu davam etdirdik. Şuşa qalasının yanından ötüb keçdik qorunmaq üçün Muzeyin zirzəmisində mövqelendik. Noyabrın 6-da mən bir yarım grupla pusquda olan şəhid va yaralıların ardınca getdim. Türmədən bir nəfərin bizə tərəf qışqırmağın gördüm. Düşmən bilib mövqeləndik. Birazdan bizimkilərdən olduğunu bildim. Mən yanımdakılara qorxmayın deyib ayağa qalxdım. Yaxınlaşdım DQ-dan Kərimov Sənan olduğunu gördüm. Gəldim məni qucaqladı ki, Cəbi, sən mənə bir dünya verdin. Onun necə olduğunu soruşdum. O isə “məni boş ver” dedi və məni içəri saldı. Ora çox darısqal idi. İçəridə 6 nəfər daxili qoşunların heyətlərindən olan ağır yaralılar var idi. Onları çölə çıxardanda Xankəndi istiqamətindən Şuşa istiqamətinə tankları və heyəti qalxırdı. Artilleriya və tanklardan bizə atəş açırdılar. Mən bir 06 markalı avtomobil gördüm işə saldım yaralıları həmin maşınla ordan çıxararaq xilas etdim.Yəqin ki, türmənin polislərinin maşını idi. Tanklar sağa-sola hara gəldi atırdılar bunlara baxmayaraq Tanrı bizə qanad verdi elə bil. Heç vaxt keçmədiyim o Şuşa yollarında maşını sürürdüm. Şuşa hamamının qabağından keçəndə daha 2 nəfər yaralını gördüm. Maşında yer olmadığından onları maşının baqajina yerləşdirdik və xilas etdik. Şəhid və yaralıları Şuşa məktəbinə yerləşdirdik. Yaralarını təmizlədik, bağladıq. Həmin təhlükədən onları çıxartdım. Noyabrın 7-de pusquda gözlədik və digər qruplarla Şuşadan düşməni təmizlədik. Noyabrın 8-də Şuşanın azad olunması Cənab Prezidentimizə məruzə olundu və 9 noyabrda müqavilə imzalandı. Bu müsahibəni aldıqdan bir neçə gün sonra Kəlbəcərə getdilər. Polad Həşımovun çəkdirdiyi yolları çox yaxşı tanıdığı üçün həm də bir bələdçi kimi öndə gedirdi. Tez-tez vurğulayırdı “rəhmətlik Generalımız Polad Haşımov bilirdi ki, bu yollar bizə lazım olacaq çəkdirirdi. Allah ona rəhmət eləsin.

”General Polad Həşimov-un əllərindən, Fəxri fərman alaraq Onun döyüş yolunu layiqincə davam etdirir. Necə ki, Generalımız öz çəkmələrini əsgərinə hədiyyə etmişdir. Eləcə də əsgəri ac qalmasın deyə öz yeməyini dəfələrlə əsgərlərinə paylayir Malik Cəbiyev. O Deyir ki, mən yaşlıyam, təcrübəliyəm, dözə bilərəm amma əsgərlərim ac qalmasın.

Şair pulisit Sevda İbrahimli

“Şuşanın azad olunmasına görə” medalı“İgidliyə görə” medalı“Füzulinin azad olunmasına görə” medalı“Xocavəndin azad olunmasına görə” medalı“Vətən müharibəsi iştirakçısı” medalı