(21 avqust 1988, Daşkəsən rayonu – 27 sentyabr 2020, Murovdağ) — Azərbaycan Silahlı Qüvvələrinin baş əsgəri. Vətən Müharibəsi Şəhidi.
Vəkilov Elməddin Nizami oğlu 1988-cu il avqustun 21-də Daşkəsən rayonunda anadan olub.
Azərbaycan Ordusunun baş əsgəri olan Elməddin Vəkilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Elməddin Vəkilov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı itgin düşmüşdü. Sonralar onun şəhid olduğu məlum olub və nəşi tapılaraq ailəsinə təhvil verilib. Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş MAXE, baş əsgər 1988-ci il təvəllüdlü Daşkəsən rayon sakini Vəkilov Elməddin Nizami oğlunun nəşi şəhidin doğulduğu Daşkəsən şəhərinə gətirilib.
O, Vətən müharibəsi zamanı xüsusi şücaətlər göstərərək tək başına 10-dan çox düşməni məhv edib.
Şəhid Daşkəsən şəhər Şəhidlər xiyabanında dəfn olunub.