(9 may 1991-ci il; Ağdam rayonu Sarıcalı kəndi, Azərbaycan — 31 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Vətən müharibəsinin şəhidi.
Yusifov Anar Sərxan oğlu 9 may 1991 -ci ildə Ağdam rayonu Sarıcalı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Ağdam Dövlət İqtisad Kollecində maliyə-kredit fakultəsinə qəbul olur . 2010-cu ildə hərbi xidmətə yollanıb.
Atasının xəstəliyini nəzərə alaraq uşaqlıqdan arzusunda olduğu hərb sahəsinin “kitabını bağlayan” Anar , General Polad Həşimov şəhid olandan sonra könüllü olaraq döyüşmək üçün ərizə ilə səfərbərliyə müraciət edir . Döyüşlər başlayandan sonra yenidən Səfərbərlik Xidmətinin Ağdam şöbəsinə gedir və könüllü olaraq cəbhəyə yollanmaq istədiyini bildirir.
Qarabağda döyüşlər başlayan gündən döyüşlərə qatılmış və bir çox qəhrəmanlılar göstərərək mənfur düşməni məhv etmişdir.
31 oktyabr 2020-ci ildə Qubadlı rayonunun azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasna vuruşaraq şəhidlik zirvəsinə ucalmışdır.
Şəhid olmazdan təxminən 1 saat əvvəl atası ilə telefonla danışıb. Telefon danışığı zamanı Anar atasına deyib ki, “buralar çox səfalı yerlərdir, indi başa düşürəm ermənilər buraları niyə işğal edib . “
Atası oğlunun dəfnində : “Anar tək mənim oğlum deyil, Azərbaycanın oğludur. Bu gün qan bahasına o torpaqları işğaldan azad etdik. Onlar gələcək nəsil üçün bir örnək yaratdılar. Bütün şəhid anaları, ataları başlarını dik tutsun. Bizim uşağımız Vətən yolunda şəhid olub. Onların şəhid olduğuna görə heyfslənə bilmərik ” demişdi
Qardaşı da döyüşürdü. Anar döyüş yoldaşlarına deyirdi ki ikimizdən birimiz ölsək mən ölüm qardaşım sağ qalsın. Çünki mənim 3 uşaqım var ama onun yoxdur. Dediyi kimi də Anar şəhid oldu.
Anarın döyüş yolu Füzulidən başlayaraq, Cəbrayıl, Zəngilan və Qubadlıya qədər davam edib. 2020-ci il oktyabrın 30-da Qubadlı istiqamətində gedən döyüşlər zamanı şəhid olub.
Evli idi. 2 qızı və 1 oğlu yadigar qalıb . Körpə qızı Ahu atasının şəhidliyindən sonra dünyaya gəlib .
“Vətən uğrunda” medalı (ölümündən sonra) | “Döyüşdə fərqlənməyə görə” medalı (ölümündən sonra) | “Füzulinin azad olunmasına görə” medalı (ölümündən sonra) |
15.12.2020 | 18.12.2020 | 25.12.2020 |