(22 avqust 1975, Zəngilan rayonu – 4 oktyabr 1994, Gəncə) — Azərbaycanın Milli Qəhrəmanı, dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh.
Elnur Nuriyev 22 avqust 1975-ci ildə Zəngilan rayonunun Cahangirbəyli kəndində dünyaya göz açmışdır. 1982-1992-ci illərdə burada kənd orta məktəbində təhsil almışdır. Elnur 1993-cü ildə Milli Ordu sıralarına çağırılır.
Bir müddət təlim keçdikdən sonra Elnur Nuriyev cəbhəyə göndərildi. O, Füzuli rayonunun Kürdmahmudlu, Alxanlı kəndlərində rəşadətlə vuruşmuşdur. Elnur minaaxtaranlar bülüyünə komandir təyin edilmişdi. Tərtər cəbhəsində ermənilər güclü əks hücuma keçərək bir neçə kəndi işğal etmişdilər. Elnur bölüyü ilə həmin əraziyə göndərildi. Qapanlı, Seysulan kəndləri azad edildi buradakı döyüşlərdə Elnur şücaət göstərərək vuruşmuşdu. 1994-cü il 4-5 oktyabr hadisələri zamanı onu Gəncəyə göndərdilər. Dövlət çevirilişinə cəhd edən silahlı dəstənin zərərsizləşdirilməsi zamanı Elnur döyüş tapşırığını yerinə yetirərkən həlak oldu.
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı fərmanı ilə Nuriyev Elnur Eyvaz oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Kürdəmir şəhərinun Şəhidlər xiyabanında dəfn edilib.
Ümumilikdə 1 şərh qəbul olunub
Şərh yazmaq üçün menyudan ŞƏRHLƏR səhifəsinə gedin.