Elşən Mehbalıyev

Elşən Mehbalıyev

(23 iyun 1994; Bərdə rayonu – 4 noyabr 2020; Ağdərə) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, Vətən müharibəsinin şəhidi.

Elşən Mehbalıyev 1994-cü il iyunun 23-də Bərdə rayonunun Otuzikilər kəndində anadan olub.

Nişanlı idi.

Azərbaycan Ordusunun kiçik giziri olan Elşən Mehbalıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elşən Mehbalıyev noyabrın 4-də Ağdərə istiqamətində şəhid olub. Bərdə rayonunun Otuzikilər kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Mehbalıyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Mehbalıyev ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.

“Vətən uğrunda” medalı (ölümündən sonra)“Suqovuşanın azad olunmasına görə” medalı
(ölümündən sonra)
15.12.202029.12.2020