Emin Əmrahov

Emin Əmrahov

9 iyun 1989; Qırılı, Ağstafa, Azərbaycan — 27 oktyabr 2020; Xocavənd,Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, Vətən müharibəsinin şəhidi.

Əmrahov Emin Əvəz oğlu 9 iyun 1989-cu ildə Ağstafa rayonu Qırılı kəndində dünyaya gəlib. Sonradan ailəsi ilə birgə Gəncə şəhərinə köçərək uzun müddət Gəncədə yaşamışdır. 1996 – 2007-ci illərdə Gəncə şəhəri M.Hadi adına tam orta məktəbi bitirdikdən sonra 2008-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa vuduqdan sonra, yenidən Qırılı kəndinə qayıdaraq burada məskunlaşmışdır.

2015-ci ildə “Müddətdən Artıq Hərbi Qulluqçu” (tankist) kimi işləməyə başlayıb. 2020- cilin sentyabrında başlayan “Vətən Müharibəsi zamanı Murovdağ – Kəlbəcər, Xocəvəndin işğaldan azad olunmasında iştirak edib. Oktyabrın 27-i Xocəvənd uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Əmrahov Əvəz oğlu vəfatından sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədaкarlıq göstərdiyinə, habelə təşəbbüsкar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Əmrahov ölümündən sonra “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Əmrahov ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edildi.

(15.12.2020) — “Vətən uğrunda” medalı (ölümündən sonra)
(18.12.2020) — “Döyüşdə fərqlənməyə görə” medalı (ölümündən sonra)
(25.12.2020) — “Xocavəndin azad olunmasına görə” medalı (ölümündən sonra)