Ziyadxan Əliyev

Ziyadxan Əliyev

İkinci Qarabağ savaşında Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda canından keçən qəhrəman Vətən övladlarından biri də Əliyev Ziyadxan İbrahim oğludu.

Əslən Cəbrayıl rayonunun Soltanlı kəndindən olan Ziyadxan Əliyev 12.01.1997-ci ildə Kürdəmir rayonunun Carlı kəndində dünyaya göz açmışdır.

Azərbaycan Texniki Universitetində ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanmış, Tərtər rayonunun Talış yüksəkliyində vətənin müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq Şəhidlik zirvəsinə ucalmışdır.

Şəhidimiz Kürdəmir rayonunda dəfn edilmişdir.

İgid əsgər, Şəhadətin mübarək! Ruhunuz qarşısında baş əyirik.

Allahdan bütün Şəhidlərimizə rəhmət diləyirik, nur içində yatın!