Fərid Dursunov

Fərid Dursunov

(26 iyul 1986; Qax rayonu, Azərbaycan — 28 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsinin şəhidi.

Fərid Dursunov 1986-cı il iyulun 26-da Qax rayonunun Qorağan кəndində Fazil və Mirvari Dursunovların ailəsində anadan olub. Fərid Dursunov 1992-ci ildə Qax rayonunda Səfa Rəhimov adına Qorağan кənd tam orta məкtəbinin birinci sinfinə qəbul olub və 2003-cü ildə oranı bitirib. Orta təhsilini başa vurandan sonra sənədlərini Azərbaycan Ali Hərbi Məktəbi (AAHM) verən Fərid Dursunov, 2008-ci ildə oranı bitirir və xarici dövlətə qısa müddətli təlimlətə göndərilir.

Məryəm Dursunova ilə ailəli idi. Ömər və İsa adında oğulları yadigar qaldı.

Azərbaycan Ordusunun kapitanı olan Fərid Dursunov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər rayonunun Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Fərid Dursunov sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub. Qax rayon Qorağan kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Dursunov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Dursunov ölümündən sonra “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edildi.

Kapitan Fərid Dursunov “Qalatasaray” Futbol Klubunun sadiq fanatlarından idi.[4] Fərid Dursunov Vətən müharibəsi zamanı döyüşlərə qatılmazdan əvvəl şəhid olacağı halda məzarının yanında Azərbaycan bayrağı ilə yanaşı “Qalatasaray”ın bayrağının ucaldılmasını vəsiət eləmişdi. Onun vəsiətinin sosial medialarda ictimailəşməsindən sonra “Qalatasaray” İdman Klubu özünün rəsmi twitter hesabında Fərid Dursunovun məzarının fotosunu paylaşdı və başsağlığı mesajını yayımladı.

“Şəhid olsam məzarıma Azərbaycan bayrağı ilə birgə Qalatasaray bayrağını asın” deyən və vəsiəti yerinə yetirilən Şəhid Fərid Dursunov ilə birgə bütün şəhidlərimizə Allahdan rəhmət diləyiriк. Qalatasaraylılıq ölməz…

Ardınca isə “Qalatasaray” İdman Klubunun başqan yardımcısı Yusuf Günay şəhidin atası Fazil Dursunova zəng elədi və başsağlığı verdi.

“Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı“Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalıIII dərəcəli “Qüsursuz xidmətə görə” medalı“Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı“Vətən uğrunda” medalı (ölümündən sonra)“Kəlbəcərin azad olunmasına görə” medalı (ölümündən sonra)
26.06.200826.06.201326.06.201726.06.201815.12.202029.12.2020