Kamil Musavi

Kamil Musavi

(6 iyul 1990, Qazax) — Azərbaycan Silahlı Qüvvələrinin Kəşfiyyatçı Baş Leytenantı, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medal, “Vətən Naminə” medalı və “General Həzi Aslanov” medallarının laureatı.

Kamil Musavi 6 iyul 1990-cı il tarixində Qazax şəhərində anadan olmuşdur. 1997-ci ildə Qazax şəhəri internat orta məktəbində ibtidai təhsilini almışdır.

8 avqust 2008-ci il tarixində Heyder Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2012-ci ildə leytenant hərbi rütbəsi alaraq bitirmişdir. 2015-ci ilin oktyabr ayında Naftalan, Talış kəndi istiqamətində gedən döyüşlərdə kəşfiyyat qrup komandiri vəzifəsində döyüş tapşırığı yerinə yetirərkən düşmənin naməlum minasının partlaması nəticəsində ayağını və gözünü itirmişdir.

Evlidir, iki oğlu var.

“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
95 illiyi (1918–2013)” yubiley medalı
“Hərbi xidmətdə fərqlənməyə görə” medalı