Kərəm Əliyev

Kərəm Əliyev

(Ağdam rayonu, Bağbanlar kəndi) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi qazisi.

Əliyev Kərəm İlham oğlu, Ağdam rayonu Bağbanlar kəndində anadan olub. Kərəmin ailəsi doğma kəndi olan Bağbanlar kəndinin işğal olunmasından sonra rayonun işğal olunmayan digər kəndi olan Quzanlı kəndinə sığınmışdılar. Hal hazırda Quzanlı qəsəbəsində yaşayır.

2019 cu ildə 68 saylı köçkün tam orta məktəbini bitirdikdən sonra Ağdam Sosial İqtisadi kollecinə qəbul olmuşdur. 2020 ci il iyul ayında təhsilini yarımçıq saxlayıb, hərbi xidmətə yollanmışdır. Hərbi xidmətə XTQ də başlamış və 44 günlük Vətən müharibəsində 052 əfsanəvi taborun təminat maşınının sürücüsü olmuşdur.

İşğal olunmuş hər bir rayonumuzun azad olunmasında iştirak etmişdir.

Hərbi xidmətinin 11 ci ayında Dövlət sərhədlərinin bərpası zamanı, döyüş tapşırığını yerinə yetirərkən Kamaz markalı maşını ilə tank əlehinə minaya düşmüş və ağır dərəcəli bədən xəsarətləri alaraq hospitala yerləşdirilmiş , dəfələrlə əməliyyat olunmuşdur.

Hal hazırda müalicələri davam etdirilir.

Hərbi xidmətdə fərqlənməyə görə 3 cü dərəcəli, “Cəbrayılın azad olunmasına görə” medalı, “Füzulinin azad olunmasına görə” medalı, “Şuşanın azad olunmasına görə”“Vətən müharibəsi iştirakçısı”