Faiq Rəfiyev

Faiq Rəfiyev

(22 fevral 1955, Qaryagin, Qaryagin rayonu – 10 yanvar 1992) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.

Faiq Rəfiyev 22 fevral 1955-ci il Füzuli rayonunda anadan olmuşdur. 1972-ci ildə Qarakollu kənd məktəbini bitirmişdir. 1973-1975-ci illərdə Rusiyanın Arxangelsk vilayətində hərbi xidmətdə olmuşdur. 1990-cı il 20 Yanvar hadisəsindən sonra DİN-ə müraciət edir. Təcrübəsi nəzərə alınaraq Xocavənd rayonuna sahə müvəkkili göndərilir.

Faiqin həyatının ən narahat günləri beləcə başlamış oldu…Dəfələrlə qaynar döyüşlərə girər şücaətlə Vətənin hər qarış torpağı uğrunda qəhrəmancasına vuruşardı. Dinc əhalinin təhlükəsizliyini təmin edərdi. Axullu, Tuğ, Qaradağlı kəndlərində əsl qəhrəmanlıq göstərmişdi. Koçbəy kəndi erməni quldurlarının yuvasına çevirilmişdi… Cəsur döyüşçü Faiq buranı faşistlərdən təmizləmək üçün plan hazırlayır…Hücum nəticəsində ermənilər ağır itki verərək geri çəkildilər, evlərdə gizlənən quldurları axtarıb məhv edərkən qəfil atılan güllə Faiqin Vətən eşqi ilə dolu ürəyini parçaladı. 10 yanvar 1992-ci il o, əbədiyyətə qovuşdu.

Ailəli idi, iki övladı qalıb.

Azərbaycan Respublikası prezidentinin 2 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Rəfiyev Faiq Qəzənfər oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Doğulduğu Saracıq kəndində dəfn edilmişdir.

Lökbatan qəsəbəsindəki 166 saylı lisey məktəb qəhrəmanımızın adını daşıyır.