Füzuli İmrəliyev

Füzuli İmrəliyev

Daxili Qoşunların polkovnik-leytenantı. Vətən müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı.

Füzuli İmrəliyev əslən Cəbrayıl rayonundandır. Daxili Qoşunların polkovnik-leytenantıdır. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinin iştirakçısıdır. Şuşa, Füzuli, Qırmızı Bazar, Daşaltı, Hadrut döyüşlərinə rəhbərlik edənlərdən biri olmuşdur. 9 dekabr 2020-ci ildə göstərdiyi şücaətə görə “Vətən Müharibəsi Qəhrəmanı” medalı, 25 dekabr 2020-ci ildə “Füzulinin azad olunmasına görə” medalı, 29 dekabr 2020-ci ildə isə “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

(11.03.2008) — “Hərbi xidmətlərə görə” medalı
(09.12.2020) — “Vətən Müharibəsi Qəhrəmanı” medalı
(25.12.2020) — “Füzulinin azad olunmasına görə” medalı
(29.12.2020) — “Şuşanın azad olunmasına görə” medalı