Həmdəm Ağayev

Həmdəm Ağayev

(9 sentyabr 1975; Ağdam, Azərbaycan — 9 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsinin şəhidi.

Həmdəm Ağayev 1975-ci il sentyabrın 9-da Ağdam rayonunun Sırxavənd kəndində anadan olub. Ailəli idi. Bir oğul və bir qız atası idi.

Həmdəm Ağayev 1993-1994-cü illərdə Birinci Qarabağ müharibəsində Ağdərə rayonunun müdafiəsi uğrunda döyüşlərdə savaşıb. 1994-cü ilin mayı ayında Atəşkəs elan olunduqdan sonra daha bir il xidmət edən Həmdəm Ağayev 1995 – ci ildə döyüşdə və xidmətdə fərqləndiyinə görə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə hərbi təhsil almaq üçün göndərilir. Həmin il məktəbə daxil olur və 1999-cu ildə təhsilini müvəffəqiyyətlə başa vuraraq Azərbaycan Silahlı Qüvvələrinin sıralarında zabit kimi xidmətinə davam etməyə başlayır.

Həmdəm Ağayev Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2010-cu il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə” medalı ilə təltif edildi.[3]

Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Həmdəm Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Həmdəm Ağayev oktyabrın 9-da Füzuli döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmdəm Ağayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmdəm Ağayev ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmdəm Ağayev ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.

“Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı“İgidliyə görə” medalı“Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi” yubiley medalı“Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı“Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı
26.06.200126.06.200526.06.2008
“Hərbi xidmətlərə görə” medalı“Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı“Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı“Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı“Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı
24.06.201026.06.201026.06.201326.06.201526.06.2018
“Azərbaycan Silahlı Qüvvələri Veteranı” medalı“Vətən uğrunda” medalı (ölümündən sonra)“Azərbaycan Bayrağı” ordeni (ölümündən sonra)“Füzulinin azad olunmasına görə” medalı (ölümündən sonra)
26.06.202015.12.202015.12.202025.12.2020