Hətəmxan Quliyev

Hətəmxan Quliyev

(24 mart 1990; Sumqayıt, Azərbaycan — 29 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsinin şəhidi.

Hətəmxan Quliyev 1990-cı il martın 24-də Sumqayıt şəhərində anadan olub.[1] 1997-2006-cı illərdə Sumqayıt şəhərində 4 nömrəli tam orta məktəbdə, 2006-2008-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2008-2012-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi.

Hətəmxan Quliyev 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi. Hətəmxan Quliyev 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə savaşıb.

Azərbaycan Ordusunun kapitanı olan Hətəmxan Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hətəmxan Quliyev sentyabrın 29-da Suqovuşan döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hətəmxan Quliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

“Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı“Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı“Vətən uğrunda” medalı (ölümündən sonra)3-cü dərəcəli “Rəşadət” ordeni (ölümündən sonra)
26.06.201326.06.201815.12.202005.11.2021