Habil Əbdürrəhimli

Habil Əbdürrəhimli

(26 sentyabr 1997; Sabirkənd, Şəmkir rayonu – 8 noyabr 2020; Zəngilan rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının leytenantı, Vətən müharibəsinin şəhidi.

Habil Əbdürrəhimli 1997-ci il sentyabrın 26-da Şəmkir rayonunun Sabirkənd kəndində anadan olub. 2003-2013-cü illərdə S. Rüstəmov adına Sabirkənd tam orta məktəbində təhsil alıb. 2014-2018-ci illərdə isə Dövlət Sərhəd Xidmətinin Akademiyasında ali hərbi təhsil alıb.

Habil Əbdürrəhimli 2018-ci ildən Dövlət Sərhəd Xidmətinin Yevlax rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Ordusunun leytenantı olan Habil Əbrürrəhimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Habil Əbrürrəhimli noyabrın 8-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində snayper gülləsi nəticəsində şəhid olub. Şəmkir rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Habil Əbrürrəhimli ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Habil Əbrürrəhimli ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Habil Əbrürrəhimli ölümündən sonra “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edildi.

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni (ölümündən sonra)“Vətən uğrunda” medalı (ölümündən sonra)“Zəngilanın azad olunmasına görə” medalı (ölümündən sonra)
15.12.202015.12.202025.12.2020