İlkin Əhədzadə

Ilkin Əhədzadə

(26 iyun 1985; Bakı, Azərbaycan — 27 sentyabr 2020; Kəlbəcər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsinin şəhidi.

İlkin Əhədzadə 1985-ci il iyunun 26-da Bakı şəhərində anadan olub. Ailəli idi. Üç övladı yadigar qaldı.

27 sentyabr 2020-ci il tarixində başlayan və 44 gün davam edən II Qarabağ müharibəsində tabor komandirinin müavini, mayor İlkin Əhədzadə döyüşə qatılır, Kəlbəcərin alınmasında xüsusi qəhrəmanlıq göstərir. Mayor İlkin Əhədzadə bir tabor komandiri kimi daim öndə vuruşmuş, düşmənə sarsıdıcı zərbələr endirmiş, xeyli sayda canlı qüvvəsini məhv etmişdir. İgid komandir Əhədzadə İlkin Kəlbəcər istiqamətində üç post ələ keçirmiş və həmin postlara təminat apardığı zaman 1 oktyabr 2020-ci ildə qəhrəmancasına şəhid olmuşdur. Şəhidin nəşi Bakı şəhərinə gətirilərək II Fəxri Xiyabanda torpağa tapşırılır. 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Əhədzadə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Əhədzadə ölümündən sonra “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edildi.

III dərəcəli “Qüsursuz xidmətə görə” medalı
“Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi” yubiley medalı
“Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı
“Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı
(15.12.2020) — “Vətən uğrunda” medalı (ölümündən sonra)
(29.12.2020) — “Kəlbəcərin azad olunmasına görə” medalı (ölümündən sonra)