Məmmədağa Səfərov

Məmmədağa Səfərov

(10 may 1997-ci il Bakı şəhəri, Azərbaycan — 21 oktyabr 2020; Füzuli rayonu Horadiz kəndi, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Məmmədağa Balakişi oğlu Səfərov 10 may 1997-ci ildə Bakı şəhərində anadan olmuşdur.

Məmmədağa öz təhsilini 2014-2019-cu illərdə Türkiyənin Balıkəsir Universitetində ali təhsil alır. Anası deyir ki,Türkiyədə oxuduğu müddətdə telefonla danışarkən mənimçün “Ana, mən şəhid oldum” mahnısını oxuyardı. Kim bilir, həmin anda bu balamızın ürəyindən nələr keçirdi?

Təhsilin son pilləsində Məmmədağa evdəkilərə təhsilini dondurub gəldiyini və hərbi xidmətini bitirdikdən sonra davam edəcəyini deyir. Valideynləri də razılaşır.

2019-cu il oktyabr ayının 8-də əsgəri xidmətə – Qusar rayonuna yollanır. Sonra isə Ağcabədi,Cəbrayıl ,Füzuli rayonlarının alınmasında iştirak edir. Məmmədağa çox cüssəli uşaq deyildi amma bu kiçik cüssəli bədəndə nə qədər Vətən sevgisi,nə qədər böyük ürək var imiş. Oktyabrın 21-də Füzuli istiqamətində gedən döyüşlərdə Məmmədağa düşmən gülləsinə tuş gəlir və ən uca zirvə – şəhidlik zirvəsinə yüksəlir.

Məmmədağa bir ölkənin-Azərbaycanın deyil,eyni zamanda Türkiyənin də şəhid balasıdır. Belə oğullarımızla fəxr edirik. Valideynləri qarşısında baş əyirik. Allah rəhmət eləsin.

“Vətən uğrunda” medalı (ölümündən sonra)“Xocavəndin azad olunmasına görə” medalı
15.12.2020