(29 iyul 1963, Quzanlı, Ağdam rayonu – 20 oktyabr 1992, Əliağalı, Ağdam rayonu) — Azərbaycan şəhidi
Nurəddin Yolçuyev 1963-cü il iyulun 29-da Ağdam rayonunun Quzanlı kəndində anadan olub.
1980-ci ildə orta məktəbi bitirib, bir il kolxozda çalışıb.
Nurəddin iki illik hərbi xidmətini Almaniyada başa vurub. Əsgərlikdə olduğu müddətdətdə vaxtaşırı Əfqanıstana da ezam edilirdi.
Əsgərlik müddəti sona çatdığı zaman hissənin komandanlığı ona hərbi məktəbə getməyi təklif edir, ancaq ailəsi razı olmadığina görə Nurəddin doğulduğu kəndə qayıdaraq kolxozda işini davam etdirir. 1985-ci ildə həm işləmək, həmdə təhsil almaq üçün komsomol putyovkası ilə Rusiyanın Arxangelski vilayətinə gedir. Orada zavodda işə düzəlir, bir neçə ildən sonra, yəni 1990-ci ildə instituta (qiyabi) daxil olur.
Xocalı hadisəsindən bir neçə gün sonra, yəni 1992-ci ilin mart ayında Nurəddininin də iştirakı və təşəbbüsü ilə Arxangelskidə yaşayan bir qrup azərbaycanlı və çeçen işləri, təhsillərini atıb Azərbaycana, birbaşa Ağdama hərbi komissarlığına gəlib milli orduya götürülməyi tələb edirlər. Ancaq o zaman hərbi komisarlıqda könüllülər qəbul edilmədiyinə görə onlar Milli Qəhrəman Fred Asifin başçılıq etdiyi dəstəyə qoşulurlar. Mayın 1-nə qədər bu dəstədə döyüşdükdən sonra Milli Qəhrəman Şirin Mirzəyevin rəhbərlik etdiyi bataliyona qoşulurlar. Bundan sonra Nurəddinin fəaliyyəti dahada güclənir, onun öz bacarığından ıstifadə etmək imkanları daha da genişlənir. Naxçıvanik, Aranzəmin, Ağbulaq kəndlərinin ermənilərdən təmizlənməsində fəal iştirak edir, igidliyinə görə dəfələrlə mükafatlandırılıb, bölük komandirinin müavini vəzifəsinə təyin olunur. Nurəddin 50-dən çox erməni quldurunu və düşmənin bir neçə zirehli texnikasını məhv edərək,xeyli silah-sursat ələ keçirib.
1992-ci ilin yayında keçirilən Sırxavənd-Kiçan əməliyyatı zamanı Nurəddinin xidmət etdiyi alay böyük hünər göstərir. Nurəddin Ağdərə bölgəsinin bütün qaynar nöqtələrində döyüşüb, ordunun bölmələrini ağır vəziyyətdən dəfələrlə qurtarıb. 1992-ci il iyunun 22-də Qazançı uğrunda gedən döyüşdə o, yenə də ön cərgələrdə olub, bir neçə əsgərimizi düşmənin əsirliyindən xilas edib. Elə həmin il oktyabrın 20-də Ağdamın Əliağalı kəndi istiqamətində postdan növbəti dəfə kəşfiyyata gedən 29 yaşlı Nurəddin minaya düşərək həlak oldu.
Quzanlı qəbirstanlığında dəfn olunub.
Erməni döyüşçülərinə qan uddurmuş cəsur