Rəcəb Quliyev

Rəcəb Quliyev

(5 dekabr 1997; Şamaxı, Azərbaycan — 9 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, Vətən müharibəsinin şəhidi.

Rəcəb Quliyev 1997-ci il dekabrın 5-də Şamaxı rayonunun Dəmirçi kəndində anadan olub.

Azərbaycan Ordusunun çavuşu olan Rəcəb Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rəcəb Quliyev noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəcəb Quliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi. Zəngilanın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq və şücaət göstərdiyi üçün çavuş Quliyev Rəcəb Elşən oğlu Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edildi.

“Vətən uğrunda” medalı (ölümündən sonra)“Cəsur döyüşçü” medalı (ölümündən sonra) “Zəngilanın azad olunmasına görə” medalı
15.12.202018.12.202024.12.2020