Samir Fərzəliyev

Samir Fərzəliyev

(8 dekarb1996-cı il, Ağdam rayonunun Quzanlı kəndi – 27 Sentyabr 2020, Tərtər rayonu, Suqovuşan qəsəbəsi) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Samir Fərzəliyev 8 dekabr 1996-cı ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində Vaqif Fərzəliyevin üçuşaqlı ailəsində anadan olmuşdur.Əslən Ağdam rayonunun Qiyaslı kəndindəndir. 2002-2011-ci illərdə Ağdam rayon Quzanlı qəsəbə tam orta məktəbdə təhsil almışdır.

Subay idi.

Samir Fərzəliyev 2015-ci ilin aprelində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun sıralarında, Naxçıvan şəhərində yerləşən “N” saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2016-cı ilin oktyabrında hərbi xidmətini başa vurmuş və bir müddət mülki fəaliyyət göstərmişdir. Samir Fərzəliyev 7 sentyabr 2020-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun əsgəri olan Samir Fərzəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində atıcı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Samir Fərzəliyev 27 sentyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. Bir müddət sonra tapılan nəşi 15 oktyabr 2020-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Fərzəliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Fərzəliyev ölümündən sonra “Laçının azad olunmasına görə” medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Samir Fərzəliyev ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.

“Vətən uğrunda” medalı (ölümündən sonra)“Laçının azad olunmasına görə” medalı (ölümündən sonra)“Suqovuşanın azad olunmasına görə” medalı (ölümündən sonra)
15.12.202029.12.202005.11.2021