Samir Əliyev

Samir Əliyev

(9 iyun 1977-ci il; Cəbrayıl rayonu Qaracallı kəndi – 15 sentyabr 1993-ci il; Xocavənd rayonu Banazur kəndi) — Azərbaycanın Silahlı Qüvvələrinin Əsgəri, Vətən müharibəsi şəhidi.

ALIYEV SAMİR QƏDİR OĞLU..(TİQANA ləqəbli) 09.06.1977-ci ildə Cəbrayıl rayonu Qaracallı kəndində doğulub və 15.08.1993-cü ildə, Xocavənd rayonu Banazur kəndidə şəhid olub.

“TİQANA” OD PARÇASIYDI

Kənddə “Tiqana” deyib çağırırdılar onu. sonralar elə bu adla da tanınmışdı Samir. Tanrı xoş çağlarında yaratmışdı onu, dəcəl, diribaş, bir az da ötkəm uşaq idi Tiqana. Qaracallı kəndində uşaqdan böyüyə hamı onun barəsində təbəssümlə danışırdı. Yaşıdları qibtə ilə, həsədlə baxırdılar ona… Ermənilər torpaqlarımıza təcavüz edəndə on bir yaşının içində idi Tiqana. Cəbrayılın qeyrətli oğulları düşməndən müdafiə olunmaq üçün könüllü dəstələr düzəldəndə Tiqana da onların yanına ayaq açdı. Onun hər şeylə maraqlanması bəzilərində təbəssüm doğursa da, çoxlarının xoşuna gəlmədi. Düşündülər bu yaşda uşağın ölüm saçan “oyuncaqlara” tərəf can atmasının axırı yaxşı qurtarmaz. Sonra di, gəl çavab ver, bu uşağın yiyəsinə. Ona görə də Tiqanaya sərt üz göstərənlər, döyüş zonasından qovanlar oldu. Bəziləri üz-gözündə uşaq təbəssümü dolaşan bu balaca oğlanın saçlarına sığal çəkib: – Qəqəni, get, dərslərini oxu, böyüyəndə belə işlərlə məşğul olarsan, – dedilər. Elə bil daş qayaya rast kəlmişdi. Tiqana deyilənləri qulaqardına vurub əsgərlərin yan-yörəsində hərlənir, fürsət tapanda silahları əlinə götürüb əsgərləri təqlid edirdi. Cəbhədəki əsgərlərin yavaş-yavaş üz-gözləri öyrəşirdi Tiqanaya. Daha onu yanlarından qovmasalar da, atəş tutan yerlərdən uzaq tutmağa çalışırdılar. Əsgərlərin etibarını qazanan bu balaca oğlan artıq öz işində idi. Əvvəlsə gizli-gizli göz qoyduğu hər cürə silahdan atəş açmağı öyrəndi, sonra əməlli-başlı döyüşçüyə çevrildi. Günlər keçdikcə səngərləri, döyüş postlarını gəzib dolaşan Tiqana güllə yağışı altda bərkiyib buğum-buğum böyüdü. Döyüşlərin qızğın çağında Tiqana simurğ quşu kimi əsgərlərin dadına çatırdı. Kimisinə patron, kimisinə bir içim su verir, yaralıların meydandan çıxarılmasına kömək edirdi. Neçə dəfə kəşfiyyata çıxan əsgərlərə yalvarıb-yaxarandan sonra onlara qoşulub düşmənin beş-on addımlığına qədər gedib çıxmışdı. Tiqana tapdığı düşmən minası-nı zərərsizləşdirməyi ən təcrübəli əsgərdən də yaxşı bacarırdı. Döyüşçülər onu ürəkdən sevir, qayğısına qalırdılar… Elə bil od parçası idi Tiqana. Əsgərlər deyirdi ki, hazırlaşın yığışıb Hadrutun üstə gedək. Bizim Cəbrayıl torpağına bəla ordan gəlib. Sonra da dumanın, çənin çəkildiyi vaxtlarda ġayaqın güclə seçilən zirvəsinə tərəf əlini uzadıb: -O xarabanı ala bilsəydik, ermənilərin axırına çıxardıq, -deyərək balaca yumruğunu düyümləyərdi… ġayaq yüksəkliyi ölüm kabusu kimi Cəbrayılın başı üstündə dayanıb bizi hədələməkdə idi o vaxt. Tiqana hərdən uĢaq sadəlövhlüyü ilə komandirlərə deyirdi ki, mənə bir bölük əsgər verin gedib ġayaqdakı erməniləri əsir tutub yanınıza gəti-rim. Onun sözlərini təbəssümlə qarşılayan əsgərlərin qeyrət damarları cuşə gəlirdi belə vaxtlarda… Tiqana döyüşə ilk dəfə 1992-ci ilin sentyabr ayında girdi. Əməliyyatdan qabaq, indiyə qədər onu döyüş meydanından çəkindirənlərə açıq-aşkar “nota” verəsi oldu. -Daha bəsdir, – dedi Tiqana – indiyə qədər arxada saxlamısınız, köməkçi hesab etmisiniz məni. İnnən belə məni döyüş meydanına yaxın buraxmasanız, özüm bilirəm neyləyəcəm… Tiqananın özünün bildiyi o idi ki, Vətənin dar günündə uşaq da, böyük də vuruşmalıdır düşmənlə. Döyüşdən qabaq balaca “Qəqəni”nin “e’tiraz notası” öz işini gördü. Komandir məcbur olub onun döyüş gedən zonaya buraxılmasına razılıq versə də gizlində əsgərlərə bərk-bərk tapşırdı ki, Tiqananı gözdən qoymasınlar. Döyüşün qızğın çağlarında bu balaca oğlanın yağış kimi səpələnən güllələrin altında səngərdən səngərə atıldığını görəndə hamını heyrət bürüdü. Güllə yağışı altda ora-bura qaçan Tiqana V. Hüqonun balaca qəhrəmanı Qavroşa bənzə-yirdi. Yan-yörəsinə düĢən qəlpələr, qulağının dibindən vıyıldayıb keçən güllələr vecinə deyildi onun… Arxada anası Aminə, bacıları Xanımzər, Minəzər intizarla gözləyirdilər onu. Atası Qədirin Tiqana sarıdan əli ürəyinin üstündə qalmışdı. Yeganə oğlunun odun-alovun içərisindən gələn söz-söhbətlərindən xoşlansa da nikarançılıqdan yaxa qurtara bilmirdi… Tanrı dahiləri və bir də igidləri az yaşadır, onlara sitəm edir, – deyirlər. Tiqana dahi kimi doğulmasa da, igid kimi tanınmışdı. Ölüm aman versəydi, qələbə gününə kimi cəbhədən ayağını çəkən deyildi. 1993-cü ilin avqust ayının 15-də Banazur ətrafında gedən döyüşlərdə son nəfəsinə kimi düşmənlə vuruşub şəhid oldu bu balaca əsgər. Samir adıyla doğulub Tiqana adıyla əfsanələşən Qaracallı balası dar ayaqda Vətəndən canını əsirgəmədi. O, Tanrının möcüzəsi, od parçası idi. Qeyrəti ilə döyüş meydanlarında əfsanələşən Tiqana unudulan, yaddan çıxan deyil…