Əli İsmayılov

Əli İsmayılov

(21 mart 2001-ci il; Goranboy rayon Qaradağlı kəndi – 25 mart 2021; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

İsmayılov Əli Vaqif oğlu 21 mart 2001-ci ildə Göranboy rayonunun Qaradağlı kəndində anadan olmuşdur.

Əli Qarabağda döyüşlər başlayandan döyüşlərə qatılıb və torpaqlarımızın düşməndən azad olunmasında döyüşlərdə iştirak edib. Vətən müharibəsində ağır yaralanaraq uzun müddət komada olan əsgər İsmayılov Əli 25 mart 2021-ci ildə şəhid olub.

Goranboy rayon Qaradağlı kənd sakini, 2001-ci il təvəllüdlü İsmayılov Əli Vaqif oğlu doğulduğu kənddə dəfn olunub.