İbrahim Məmmədov

İbrahim Məmmədov

(3 aprel 1985; Şəki şəhəri – 27 sentyabr 2020; Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Məmmədov İbrahim Nakam oğlu 3 aprel 1985-ci ildə Şəki şəhərində anadan olmuşdur. Orta təhsilini Şəki şəhərində bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Uşaqlıqdan hərbçi olmaq arzusunda olan İbrahim sonradan xidmətini xüsusi təyinatlı qüvvələrdə davam etdirib.

Xüsusi təyinatlı dəstənin giziri olaraq 2010-cu ildə Türkiyədə BİRLEŞİK ÖZEL KUVVET EĞİTİMİ VE TERTİBATInda iştirak edib. Peşəkar hərbçi olan İbrahim Məmmədov bir çox əhəmiyyətli əməliyyatlarda iştirak edib.

Azərbaycan Silahlı Qüvvələrininin 90-95-ci yubiley paradlarında da iştirakçı olub, dəfələrlə medallara, təltifnamələrə layiq görülüb.

Şəkidən olan qəhrəman hərbi xidməti başa vurandan sonra xüsusi təyinatlı qüvvələrdə xidməti özünə amal seçib, vətən torpaqlarını düşməndən təmizləyəcəyinə and içmişdi. Uzun illər xüsusi təyinatlı qüvvələrdə gizir kimi xidmət edən İbrahim Məmmədov peşəkar hərbçi kimi bır sıra xüsusi əməliyyatların iştirakçısı olub. 2016-cı il Aprel döyüşlərində də çətin döyüş tapşırığını uğurla başa vuraraq sağ-salamat geri qayıdıb. Xüsusi bacarıqları, güclü iradəsi və düşmənə qarşı amansız olmasına görə İbrahim xidmət etdiyi yerdə “canavar” ləqəbi ilə tanınıb və sevilib.

Sentyabrın 27-dən başlayan hərbi əməliyyatlarda da ilk gündən Füzuli istiqamətində cəbhə xəttinin yarılması və ordumuzun rahat irəliləməsi üçün döyüş yoldaşları ilə birgə çətin xüsusi əməliyyatları uğurla nəticələndirib. Ermənilərin xüsusi əhəmiyyət verdiyi Hadrut qəsəbəsinin azad olunması ilə bağlı qondarma rejimin rəhbəri Araik Aratunyanın “1500 nəfər erməni əsgəri 10-15 Azərbaycan xüsusi təyinatlısının qabağından qaçdı” ifadəsi də İbrahim və onun döyüşçü yoldaşları haqqında deyilmişdi. Məhz bu qəhrəmanlığına görə oktyabrın 9-da Hadrutda Azərbaycan bayrağı qaldıran hərbçilərdən biri də İbrahim Məmmədov idi.

Hadrutdan sonrakı döyüşlərdə göstərdiyi xüsusi rəşadət və şücaətinə görə oktyabrın 17-də Füzulidə Azərbaycan bayrağını yüksəltmək, eləcə də Ali Baş Komandana bu şəhərin azad olunmasını məruzə etmək də ona həvalə edilmişdi.

Döyüş yoldaşlarının dediyinə görə, xidməti müddətində, eləcə də son Vətən müharibəsində İbrahimin məhv etdiyi erməni hərbçilərinin sayı 100-dən çox olub. İbrahimin son döyüşü isə oktyabrın 25-də Laçın istiqamətində olub. Xüsusi əməliyyatı icra edərkən qəhrəman gizir boynundan yaralanaraq şəhid olub və Şəkidə şəhidlər üçün ayrılmış yerdə dəfn edilib.

Evli idi. Onun yadigarı olan iki övladı da atalarını sevgi dolu, qayğıkeş bir insan kimi xatırlayır və onun üçün darıxdıqlarını bildirirlər.

“Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı“Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı“Vətən uğrunda” medalı (ölümündən sonra)“İgidliyə görə” medalı (ölümündən sonra)
26.06.200826.06.201315.12.202018.12.2020
“Şuşanın azad olunmasına görə” medalı (ölümündən sonra)“Kəlbəcərin azad olunmasına görə” medalı (ölümündən sonra)“Xocavəndin azad olunmasına görə” medalı (ölümündən sonra)“Azərbaycan Bayrağı” ordeni (ölümündən sonra)
29.12.202029.12.202024.06.202105.11.2021