Adəm Əmirov

Adəm Əmirov

(26 avqust 1999-ci il, Ağdam rayonu, Xındırıstan kəndi – 2020, Ağdam rayonu) — II Qarabağ Müharibəsi şəhidi, ölmündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Adəm Əmirov 26 avqust 1999-cu ildə Ağdam rayonunun Xındırıstan kəndində doğulub. Əslən rayonun Papravənd kəndindəndir.

2017-ci ildə həqiqi hərbi xidmətə çağırılıb, o xidmətini 112 saylı hərbi hissədə başlayıb. Xidmətini 2019-cu ildə başa vurub. 15 iyul 2020-ci ildə MAXE kimi xidmətə qəbul olunub və tuşlayıcı kimi xidmətə başlayıb. Sonra manqa komandiri olmuşdur.

II Qarabağ müharibəsi zamanı Ağdam rayonunda şəhid olub.

Ölmündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

“Vətən uğrunda” medalı (ölmündən sonra)