Arif Hüseynzadə

Arif Hüseynzadə

Hüseynzadə Arif İsmayıl oğlu (1970-1991)

1970-ci ildə Bakıda anadan olub.

Azərbaycan Dövlət Teleradio Şirkətində işıqçı vəzifəsində işləyib.

1991-ci il noyabrın 19-u Dağlıq Qarabağın Qarakənd kəndi səmasında sülh məramlı nümayəndələri aparan vertolyotun erməni hərbi qüvvələri tərəfindən vurulması nəticəsində şəhid olub.

Ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Fəxri Xiyabanda dəfn edilib.

Bakı şəhərində 20 saylı orta məktəb onun adını daşıyır.