Elşən Məmmədov

Elşən Məmmədov

(1982, Qazıqulu, Tovuz rayonu, Azərbaycan – 21 sentyabr 2020, Tovuz rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu. 2020-ci ildə Tovuz rayonu istiqamətində Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub.

Elşən Məmmədov 1982-ci ildə Tovuz rayonunun Qazıqulu kəndində anadan olmuşdur.

Ailəli idi, 3 övladı var.

MAHHXHQ kiçik çavuş olan Elşən Əli oğlu Məmmədov 21 sentyabr 2020-ci ildə Tovuz rayonu istiqamətində Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub. Tovuz şəhər qəbiristanlığında torpağa tapşırılmışdır. Elşən Məmmədov Qarabağ müharibəsindən sonra elan olunan atəşkəs dönəminin son şəhidlərindən biridir.