Murad Vəliyev

Murad Vəliyev

(11 fevral 1997; Bakı, Ağdam şəhərindən məcburi köçkün, Azərbaycan — 27 sentyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Murad Vəliyev 1997-ci il fevral 11-də Biləcəri qəsəbəsində anadan olub. Biznes Universitetində (BBU) ali təhsil alıb.

Azərbaycan Ordusunun əsgəri olan Murad Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Murad Vəliyev sentyabrın 27-də şəhid olub. Biləcəri qəsəbəsində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Vəliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

“Vətən uğrunda” medalı (ölümündən sonra)
15.12.2020