Qaryağdı Əhmədov

Qaryağdı Əhmədov

(1 avqust 1992, Saybalı, Ağdam rayonu – 1 avqust 2014, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub, ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

Qaryağdı Əhmədov 1992-ci ilin 1 avqust günündə Ağdam rayonunun Saybalı kəndində anadan olub.

Əsgər Qaryağdı Əhmədov 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub. Avqustun 1-i isə Qaryağdı Əhmədov Ağdam rayonunun Quzanlı kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Əhmədov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Qaryağdı Əhmədov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edildi.

“Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı