Ruslan Nəbiyev

Ruslan Nəbiyev

(16 iyul 1996; Danaçı, Zaqatala rayonu — 8 dekabr 2020; Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Ruslan Nəbiyev 1996-cı il iyulun 16-da Zaqatala rayonunun Danaçı kəndində dünyaya göz açıb. 2002-2013-cü illərdə 1 nömrəli Danaçı kənd tam orta məktəbində təhsil alıb.

Ruslan Nəbiyev 2014-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ruslan Nəbiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib.

Ruslan Nəbiyevlə Suqovuşan döyüşlərindən sonra əlaqə saxlamaq mümkün olmayıb. Dekabrın 8-də şəhid olduğu müəyyənləşib. Zaqatala rayonunun Danaçı kəndində torpağa tapşırılıb.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən Əsgər Ruslan Nəbiyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

“Vətən uğrunda” medalı (ölümündən sonra)
15.12.2020