Səxavət Baxışov

Səxavət Baxışov

(3 aprel 1979, Tüntül, Qutqaşen rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı. Vətən müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı

3 aprel 1979-cu ildə Qəbələ rayonu Tüntül kəndində anadan olmuşdur.1994 ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur və 1997-ci ildə oranı bitirərək, elə həmin ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2001 -ci ildə Hərbi məktəbi “Tankçı” ixtasısı üzrə bitirmişdir.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Səxavət Baxışova “Vətən Müharibəsi Qəhrəmanı” adı verildi.

“Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı
“Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı
“Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı
“Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı
“Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı
“Hərbi xidmətdə fərqlənməyə görə” II dərəcəli medalı
“Hərbi xidmətlərə görə” medalı
“Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı
“Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı
“Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı
“Vətən Müharibəsi Qəhrəmanı” medalı
“Suqovuşanın azad olunmasına görə” medalı
“Laçının azad olunmasına görə” medalı