Səxavət Məmmədov

Səxavət Məmmədov

(24 may 1991, Papravənd, Ağdam rayonu – 29 sentyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi.

Səxavət Məmmədov 24 may 1991-ci ildə Ağdam rayonunun Papravənd kəndində anadan olub. 1998-2009-cu illərdə Xəzər rayonu Şüvəlan qəsəbəsi İlqar Muradov adına 237 saylı məktəbdə təhsil almışdır.

Ailəli idi, Dilək və Yusif adında 2 övladı yadigar qalıb.

1 iyul 2009-cu ildə İmişli rayonunda N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. 2014-cü ildən etibarən müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi Goranboyda yerləşən tank taborunda atıcı vəzifəsində Azərbaycan Silahlı Qüvvələrinində xidmətə başlamışdır.

2014-cü ilin sonlarında öz istəyi ilə MAXE hərbi qulluqçu kimi ön cəbhəyə Tərtər rayonunda N saylı hərbi hissədə tuşlayıcı vəzifəsində xidmətini davam etdirib. Burada fəaliyyət göstərərkən, Aprel döyüşlərində iştirak edərək şücaət göstərmişdir.

2016-cı ildə Aprel döyüşlərində iştirak edərək böyük şücaət göstərib. 2020-ci ilin iyul ayında Tovuz döyüşlərində iştirak edərək öz xidməti yerinə geri dönmüşdür

2020-ci ilin iyul ayında Tovuz döyüşlərində iştirak edərək öz xidməti yerinə dönmüşdür.

Azərbaycan Ordusunun əsgəri olan Səxavət Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edərək şücaət göstərmişdir. O, yoldaşları ilə Tərtər Ağdərə istiqamətində gedən döyüşlərdə 27-28 sentyabr tarixində onlarla yaralı yoldaşlarını döyüş meydanından çıxarırlar. 29 sentyabr 2020-ci ildə xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur. 29 sentyabr öz tankı vurulmüş üzündən yaralanmışdır. Yaralı olsada yaralanmış yoldaşlarına köməyə gedərkən təkrar düşmənin açdığı atəş nəticəsində Şəhidlik zirvəsinə ucalıb gözlərini bu dünyaya əbədi yunmuşdur.

19 noyabr 2020-ci ildə Ağdam rayonu Şəhidlər xiyabanında torpağa tapşırılmışdır.

Ailəli idi, 2 övladı var (Dilək və Yusif)

“Vətən uğrunda” medalı
15.12.2020