Tariyel Salmanov

Tarıyel Salmanov

(7 fevral 1988; Ağcabədi, Azərbaycan — 8 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin tibb xidməti leytenantı, Vətən müharibəsinin şəhidi.

Tariyel Salmanov 1988-ci il fevralın 7-də Ağcabədi şəhərində anadan olub. 2005-2010-cu illərdə Azərbaycan Tibb Universitetində (ATU) ali təhsil alıb. Ailəli idi. Bir qızı yadigar qaldı.

Azərbaycan Ordusunun leytenantı olan hərbi tibb qulluqçusu Tariyel Salmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib. Tariyel Salmanov oktyabrın 8-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tariyel Salmanov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

(26.06.2013) — “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı
(26.06.2018) — “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı
(15.12.2020) — “Vətən uğrunda” medalı (ölümündən sonra)